Dünya

Korotçenko: “BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası Ermənistan və Fransanın fiaskosudur”

Sharing is caring!


“BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının yekunu birgə hərəkət edən Ermənistan və Fransanın diplomatik fiaskosudur”.

Bu sözləri Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko “Facebook” hesabındakı paylaşımda deyib.

Korotçenkonun sözlərinə görə, nəticədə heç bir qətnamə və qərar qəbul edilməyib.

“Eyni zamanda, Macarıstan erməni lobbiçilərinin təşəbbüsü ilə Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı verdiyi anti-Azərbaycan bəyanatına veto qoymaqla onu blok etdi”, – deyə İqor Korotçenko qeyd edib.

“Bütün bunlar Azərbaycan Prezidenti Administrasiyasının, Xarici İşlər Nazirliyinin və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin effektiv və koordinasiya edilmiş işindən (diplomatiya və kəşfiyyat həmişə birgə fəaliyyət göstərir), o cümlədən etibarlı kəşfiyyat qiymətləndirmələrinə və analitikasına əsaslanan aydın xarici siyasət planlaşdırmasından xəbər verir”, – deyə politoloq vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir