Dünya

“Molde”nin futbolçusu: “Qarabağ” hərtərəfli bizi üstələdi”

Sharing is caring!


Norveçin “Molde” klubunun futbolçusu Veton Berişa Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyun barədə fikirlərini bildirib.

29 yaşlı müdafiəçi minimal hesabla uduzduqları matçda bütün komponentlərdə Azərbaycan təmsilçisindən geri qaldıqlarını deyib:

“Təəssüf ki, rəqib həm müdafiədə, həm də hücumda bizdən daha üstün idi. “Qarabağ” çox yaxşı komandadır. Topla sərbəst davrana bilmirdik. “Qarabağ” hərtərəfli bizi üstələdi”.

Qeyd edək ki, “Qarabağ” “Molde”ni 1:0 hesabı ilə məğlub edib.

Mənbə: viplay.no

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir