Dünya

Hollivud ssenaristləri ilə kinostudiyalar yaxın vaxtda anlaşa bilərlər

Sharing is caring!


ABŞ ssenaristləri həmkarlar ittifaqı tezliklə kinostudiyaların nümayəndələri ilə razılığa gələ və bununla da may ayından bəri davam edən tətilə son qoya bilərlər.

ABŞ Yazıçılar Gildiyası ilə Kino Film və Televiziya İstehsalçıları Alyansı arasında görüş baş tutub, danışıqların davam etdiriləcəyi qeyd olunur.

Məlumata görə, danışıqların hər iki tərəfi razılığa gəlməyə ümid edir.

“Netflix Inc.”, “Warner Bros. Discovery” və “Walt Disney Co.” kimi məşhur media şirkətlərinin iştirak etdiyi görüşdə artıq müsbətə doğru irəliləyişin olduğu bildirilir.

Qeyd edək ki, 11 mindən çox ssenaristin iştirak etdiyi tətil mayın 2-də başlayıb, aktyorlar isə iyulda tətilə qoşulublar. Həmkarlar ittifaqı nümayəndələri şirkətlərdən əməkhaqlarının artırılmasını və iş yerlərinin təmin olunmasını tələb edirlər.

Mənbə: Interfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir