Dünya

Rumıniyada qaz kəmərinin partlaması nəticəsində dörd nəfər həlak olub

Sharing is caring!


Rumıniyanın Kelimeneşt (Vrança qəzası) qəsəbəsi yaxınlığında qaz kəmərinin partlaması nəticəsində dörd inşaatçı həlak olub, beş nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə saat 02:30-da – red.) baş verib. Əvvəlcə partlayış olub, daha sonra yanğın başlayıb.

Təxminən üç saat ərzində yanğın söndürülüb. İlkin versiyaya görə, partlayış gecə işləri zamanı ekskavator çalovunun ehtiyatsızlıqdan qaz kəmərinin qoluna toxunması nəticəsində baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir