Dünya

Finlandiyada fırtınalı küləklər səbəbindən onminlərlə ev işıqsız qalıb – FOTO

Sharing is caring!


Finlandiyada fırtınalı küləklər səbəbindən 44 min evin elektrik enerjisi kəsilib.

“Varpu” adı verilən payız fırtınası Finlandiyaya gecə saatlarında gəlib. Usima, Etelya-Savo, Pohyoys-Savo və Şimali Kareliya əyalətlərində təhlükəli güclü küləklə bağlı xəbərdarlıq edilib.

Ölkənin cənub sahillərində və şərq rayonlarında sürəti saniyədə 35 metrə çatan güclü küləklərin əsməsi müşahidə olunub. Qırılan ağaclar səbəbindən avtomobil və dəmir yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Helsinki xilasetmə xidmətinin məlumatına görə, fırtına paytaxtı ötüb keçib. Şəhərdə gecə saatlarında baş vermiş qasırğanın nəticələrinin qarşısının alınması istiqamətində işlər davam edir. Bu səhər yerli sinoptiklər də Laplandiyada ilk qarı qeydə alıblar: qar örtüyünün qalınlığı 20 santimetrə çatıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir