Dünya

Vladivostokda pedofil üçüncü sinif şagirdinə təcavüz etməyə cəhd göstərib – VİDEO

Sharing is caring!


Rusiyanın Vladivostok şəhərində pedofil məktəbin yaxınlığında 3-cü sinif şagirdinə hücum edib. Onu meşəyə apararaq zorlamağa cəhd göstərib.

Hadisə Piroqov küçəsindəki 16 nömrəli məktəbin yaxınlığında baş verib. Məktəbə gedən ən qısa yol meşəlik parkdan keçir və bir çox şagird bu yolla məktəbə gedir. Doqquz yaşlı həmin qız da bu yolla dərsə gedən zaman pedofil onun əlindən tutaraq, onu sıx ağaclıq olan əraziyə aparmaq istəyib. Məktəbli qışqırmağa və ətrafdakıları köməyə çağırmağa başlayıb. Digər uşaqlar onu eşidib və dərhal müəllimlərini çağırıblar. Müəllimlər pedofili çubuqla döyərək qızı xilas ediblər, polis hadisə yerinə çatana qədər saxlayıblar.

Həkimlər qızı məktəbin təcili tibbi yardım məntəqəsində müayinə ediblər. Məlum olub ki, onun heç bir ciddi bədən xəsarəti yoxdur.

Pedofil polis bölməsinə aparılıb. Onun Primoryenin Artyom şəhər sakini, 39 yaşlı Anatoli Bazarak olduğu məlum olub.

Qeyd edək ki, Anatolinin bir neçə məhkumluğu var. Bunlardan üçü oğurluğa, ikisi soyğunçuluğa görə olub, həmçinin o, döymə və cinsi təcavüzə görə məhkum edilib.

Mənbə: Life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir