Dünya

Malatyada yanğın yaşayış evlərinə təhlükə yaradıb – VİDEO

Sharing is caring!


Türkiyənin Malatya şəhərində yerləşən dağlıq ərazidə yanğın baş verib.

Məlumata görə, əraziyə 15 maşın yanğınsöndürmə briqadası və 60 canlı qüvvə cəlb olunub.

Bildirilir ki, hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yanğının əhatə dairəsi küləyin təsiri ilə daha da böyüyüb, yaxınlıqda olan yaşayış evlərinə təhlükə yaranıb.

Qeyd olunur ki, hazırda yanğın nəzarət altına alınıb, soyutma işləri davam edir.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir