Dünya

Vitali Borisov: “Qarşılaşmada daha çox qol vura bilərdik”

Sharing is caring!


“Bu görüşdə daha çox qol vura bilərdik. Oyunçuların motivasiyası yüksək idi. Qarşılaşma bizim üçün yaxşı keçdi”.

AZƏRTAC xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri Dünya Çempionatı-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.

V.Borisov Rumıniyaya uduzduqları matçdan sonra komandanı hazırlamağın çətin olduğunu vurğulayıb:

“Həmin oyunda da üstün idik. Sadəcə, öz səhvlərimizə görə qapımızda qollar gördük”.

Baş məşqçi İsa Atayevin heyətdən kənarlaşdırılması barədə qısa danışıb:

“Bu, məşqçilər korpusunun qərarıdır. Atayev bu dəfə dincəlməli idi. Başqa heç nə baş verməyib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir