Dünya

Almaniyalı mütəxəssis rəsmən Türkiyə millisindən qovuldu

Sharing is caring!


Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts postundan göndərilib.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurum 60 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.

Xatırladaq ki, daha əvvəl də Kuntsun yola salındığı ilə bağlı xəbərlər yayılmış, sonra federasiya məlumatları təkzib etmişdi.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ildən yığmaya rəhbərlik edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir