Dünya

Rusiya müdafiə naziri Sergey Şoyqu: “Rusiya-İran münasibətləri yeni mərhələyə qədəm qoyur”

Sharing is caring!


“Moskva və Tehran arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoyur”.

Bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqunun sözlərinə görə, Rusiya və İran arasında dialoq hazırda xüsusilə intensiv şəkildə inkişaf edir.

“Biz ABŞ və onun Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlaşdırılan fəaliyyətlərin bütün spektrinin həyata keçirilməsinə çalışırıq. Rusiya-İran münasibətləri yeni mərhələyə daxil olur”, – deyə Şoyqu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiani ilə görüşü zamanı bildirib.

O, eyni zamanda Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində gələcək birgə fəaliyyətlərə də hazır olduqlarını bəyan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir