Dünya

Borrel “Taxıl sazişini”n bərpasını mümkünsüz hesab edir

Sharing is caring!


Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Rusiya ilə “Taxıl sazişi” barədə razılığa gəlmənin mümkün olmadığını düşündüyünü bildirib.

“Rusiya şərtlər qoydu. Açığını desəm, mən düşünmürəm ki, söhbət şərtlərdən və ya hər hansı məhdudiyyətin, sanksiyaların aradan qaldırılmasından gedir. Çünki sanksiyalarımız ərzaq və gübrələrin ixracına təsir göstərmir”, – deyə o bildirib.

Borrelin sözlərinə görə, Rusiya sövdələşməni davam etdirmək istəmədiyi üçün onunla razılığa gəlmək imkanı yoxdur. O, bu məsələdə bəhanələr və “yalançı arqumentlər” axtarmamağa çağırıb.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir