Dünya

KİV: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Tehrana səfər edəcək”

Sharing is caring!


“Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Tehrana səfər edəcək”.

Bu barədə “Tasnim” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri İranda İslam Respublikası Silahlı Qüvvələri komandanlığının bəzi nümayəndələri, o cümlədən həmkarı Məhəmməd Rza Aştiani ilə görüşəcək.

Tərəflərin regiondakı hadisələri və ikitərəfli müdafiə əlaqələrini müzakirə edəcəkləri gözlənilir.

Rusiya Müdafiə Nazirliyi hələlik bununla bağlı açıqlama verməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir