Dünya

Konqo Respublikasında dövlət çevrilişinə cəhd olub

Sharing is caring!


Konqo Respublikasında dövlət çevrilişinə cəhd baş verib.

Bir gün əvvəl Prezident Denis Sassu Nqesso BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Yerli sosial şəbəkələrdə dövlət çevrilişinin arxasında prezident qvardiyasının rəisi general Serj Oboahın ola biləcəyi ilə bağlı məlumatlar peyda olub.

Qeyd edək ki, daha əvvəl “Financial Times” ekspertlərə istinadən yazıb ki, çevrilişlərin ən çox Kamerun, Ekvatorial Qvineya və Konqo Respublikasında baş vermə ehtimalı var. Buna səbəb vətəndaşların və hakim elitaların bu ölkələrin siyasi sistemlərindəki çatışmazlıqlardan narazılıqları ola bilər.

Mənbə: profile.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir