Dünya

İzmirdə meşə yanğınına müdaxilə edən helikopter su anbarına düşüb – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin İzmir vilayətinin Menderes bölgəsində yanğın baş verib. Geniş əraziyə yayılan yanğına müdaxilə edən helikopter gecə saatlarıda “Tahtalı” su anbarına düşüb. Qəzaya uğrayan helikopterdə olan 4 ekipaj üzvündən biri xilas edilib, üç nəfərin axtarışları davam edir.

Yanğın dünən saat 14 radələrində İzmirin Menderes rayonundakı meşəlik ərazidə başlayıb. Tahtalı su anbarının hövzəsində geniş sahəyə yayılmış yanğına qurudan və havadan müdaxilə edilib.

Yanğınla mübarizə işlərinə 9 təyyarə, 20 helikopter, 54 su tankeri, 20 su təchizatı maşını, 10 iş maşını və 500-ə yaxın şəxsi heyət cəlb edilib. Hava qaraldıqca 3 gecəgörmə helikopteri havadan müdaxilə etməyə davam edib.

Gecə saat 23:53 radələrində vertolyot su anbarından su götürərkən onunla əlaqə kəsilib.

Aparılan araşdırmalarda helikopterin Tahtalı bəndinə düşdüyü müəyyən edilib. Bölgəyə Türküyənin jandarma, polis, Sahil Təhlükəsizlik, Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Departamenti (AFAD) və Milli Tibbi Xilasetmə Qrupları (UMKE) sövq ediliblər.

Sualtı axtarış-xilasetmə qrupları tərəfindən Tahtalı su anbarında səhərə qədər davam edən işlər nəticəsində helikopterin düşdüyü yer müəyyən edilib.

Hava açılan kimi helikopterlər də işlərə havadan dəstək veriblər.

“Yeri müəyyən edilən qalıqlar sahilə çıxarılacaq”, – deyə Türkiyənin kənd və meşə təsərrüfatı nazıri İbrahim Yumaklı bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir