Dünya

Burkina-Faso, Mali və Niger kollektiv müdafiə təşkilatı yaradıb

Sharing is caring!


Burkina-Faso, Mali və Niger, Sahel bölgəsinin əsas hissəsində kollektiv müdafiə təşkilatı yaratmaq üçün nizamnamə imzalayıblar.

Bu barədə Malinin müvəqqəti prezidenti Assimi Qoita məlumat verib.

O, kollektiv müdafiə və qarşılıqlı yardım arxitekturası yaratdıqlarını və Liptako-Qurma Xartiyasını imzaladıqlarını bildirib.

Qeyd edək ki, Liptako-Qurma tarixi zonası bu üç dövlətin sərhəd bölgələrində yerləşir. Hazırda onun ərazisində radikal silahlı qruplaşmalar fəaliyyət göstərir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir