Dünya

Avstriya və Sloveniya prezidentləri BMT Baş Assambleyasına gecikəcəklər

Sharing is caring!


Avstriya Prezidenti Aleksandr Van der Bellen ölkənin hava yollarına məxsus təyyarədə yaranan texniki nasazlıq səbəbindən BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka uça bilməyib.

Məlumata görə, təyyarənin əvəzinə dərhal digərini tapmaq mümkün olmayıb.

Bildirilir ki, Sloveniya Prezidenti Nataşa Pirts-Musar da Van der Bellenlə eyni təyyarədə uçmalı idi.

Qeyd olunur ki, insident səbəbindən hər iki dövlət başçısı Nyu-Yorka “bir qədər gecikmə ilə” gedəcəklər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir