Dünya

İzmirdə də meşə yanğını başladı – VİDEO

Sharing is caring!


Türkiyənin İzmir şəhərində Menderes rayonu yaxınlığında meşə yanğını başlayıb.

Hadisənin səbəbləri bilinmir. Yanğınla əlaqədar əraziyə çoxlu sayda xilasetmə briqadası cəlb edilib.

Bundan başqa yanğın yerinə 6 təyyarə, 10 helikopter, 23 su tankeri, 6 su təchizatı maşını və 7 buldozer cəlb olunub.

Qeyd edək ki, dünən Türkiyənin Tekirdağ şəhərində meşə yanğını qeydə alınmışdı.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir