Dünya

Almaniya ABŞ-nin Ay proqramına qoşuldu

Sharing is caring!


Almaniya NASA-nın Ayın kəşfiyyatı proqramına qoşulub.

“NASA-nın ən yaxın və ən bacarıqlı beynəlxalq tərəfdaşlarından biri olan Almaniyanı Artemida Sazişləri ailəsində salamlamaqdan çox məmnunam”, – agentliyin rəhbəri Bill Nelson deyib.

Eyni zamanda, Almaniya Aerokosmik Mərkəzinin (DLR) baş direktoru Valter Peltzer vurğulayıb ki, sazişin imzalanması Berlin və Vaşinqtonun kosmosun tədqiqi proqramlarının həyata keçirilməsi istiqamətində birgə səylərinə əlavə təkan verəcək.

Qeyd edək ki, Almaniya Artemida razılaşmasının 29-cu iştirakçısı olub.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir