Dünya

Bayraktar Türkiyədə ilk atom elektrik stansiyasının fəaliyyətə başlayacağı vaxtı açıqladı

Sharing is caring!


Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasının 2024-cü ildə istifadəyə verməyə hazırlaşır.

Bu açıqlama ilə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edib.

“Bizim 2035-ci ilə qədər 60 giqavat bərpa olunan enerjimiz var. Son 12-15 il ərzində Günəş və külək enerjisindən 22 min meqavat enerji əldə etmişik. 12 ildən sonra biz gələcək ehtiyaclar üçün bu gücü üç dəfə artırmalıyıq”, – deyə Alparslan Bayraktar vurğulayıb.

Qeyd edək ki, Rusiya və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasındakı Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. İstifadəyə verildikdən sonra AES-in ildə təxminən 35 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır. “Akkuyu” AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Atom elektrik stansiyasının istifadə müddəti daha 20 il uzadılmaq imkanı ilə 60 ildir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir