Dünya

Rusiyalı iş adamlarının Avropadan çıxardıqları aktivlərin məbləği açıqlandı

Sharing is caring!


Ukraynaya müdaxilədən sonra beynəlxalq sanksiyalarla sıxışdırılan və Rusiya Prezidenti Vladimir Putinin təzyiqi ilə üzləşən rusiyalı milyarderlər Avropadan on milyardlarla dollarlıq aktivlərini çıxarıblar.

Kreml ən zəngin rusiyalılara təzyiq edir ki, “dost olmayan” siyahısına daxil edilən ölkələrdəki aktivlərini repatriasiya (repatriasiya və ya vətənə qayıtma – əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə aid olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması – red.) etsinlər.

İkiqat vergi müqaviləsi dayandırılıb və bununla bağlı Rusiya Avropa kimi yurisdiksiyalarda qeydiyyatdan keçmiş qurumlara şirkətlərin dividend ödəməsini və ya aktivlərini satmasını çətinləşdirir.

2023-cü ilin avqustunda maqnatlar İqor Şilov və Mark Kurser tərəfindən idarə olunan “United Medical Group CY Plc” və “MD Medical Group Investments Plc”nin səhmdarları şirkətlərin Kiprdən Rusiyaya köçürülməsini təsdiqləyiblər.

Məlumata görə, bu transfer 2022-ci ilin fevral ayından etibarən Rusiyanın ən zənginləri tərəfindən çıxarılan aktivlərin ümumi dəyərini ən azı 50 milyard dollara qədər artıra bilər.

İndi ən varlı rusiyalıların aktivlərini yerləşdirmək üçün yerləri getdikcə daha da azalır, çünki onların çoxu ABŞ, Böyük Britaniya və ya Avropanın sanksiyaları altındadır.

Kipr, Cersi və İsveçrə kimi yerlərdə qeydə alınmış aktivlərin Rusiyaya və Kremlin dost hesab etdiyi Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan kimi ölkələrə ötürülməsi işğaldan qısa müddət sonra başlayıb. İlk belə ötürmələr arasında milyarder Andrey Quryev və polad maqnatı Viktor Raşnikovun İsveçrə və Kiprdən Rusiyaya köçürülən ailə aktivləri olub. Milyarder İqor Altuşkin kimi digərləri də daha sonra analoji addım atıblaR.  

Həmçinin təkcə milyarderlər deyil, digər rusiyalılar da aktivlərini Rusiya Federasiyasına köçürürlər.

Mənbə: “Bloomberg”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir