Dünya

Hərbi ekspert Nahapetyan: “Paşinyan amerikalı desantları xəlvət gətizdirib”

Sharing is caring!


“Avropa İttifaqı müşahidəçilərindən bəziləri xüsusi xidmətlərdən və ya ordudan olan kəşfiyyatçılardır”.

Bu barədə hərbi ekspert Ayk Nahapetyan livenews.am saytının kanalına müsahibəsində bildirib.

“Daha artığını deyəcəyəm; Ermənistan Müdafiə Nazirliyinin ZAR hərbi poliqonuna komanda-qərargah təlimi üçün gələn 85 nəfər – ABŞ Silahlı Qüvvələrinin 101-ci Hava Desant Diviziyasının hərbçiləridir. Onlar konkret problemi həll edəcəklər və onların sayı artacaq. Paşinyan hesab edir ki, o, onları xəlvət gətirib, rusiyalıların bu gənclərin bura niyə və necə gəldiyi barədə heç bir fikri yoxdur”.

Erməni ekspert Paşinyanın bu düşüncələrini sadəlövhlük adlandırıb.

“Onlar amerikalıları haradan, necə, kimin və nə üçün gətirdiklərini, haradan keçdiklərini, necə çatdıqlarını, hətta haradan yanacaq doldurduqlarını bilirlər”, – deyə erməni hərbi ekspert vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir