Dünya

Urmiya gölünün quruması ilə bağlı etiraz videosu yayılıb – VİDEO

Sharing is caring!


Urmiya gölünün quruması ilə bağlı etiraz videosu yayılıb.

İran vətəndaşı fars dilində Urmiya gölünün son acınacaqlı vəziyyətini videoya çəkərək, “Urmiya gölü, yoxsa səhra” başlıqlı etiraz məzmunlu paylaşım edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Etiraz edən şəxs qeyd edib ki, göldə heç su yoxdur, hər yer səhralıqdır.

Gölün ekoloji vəziyyətinə görə, o, hökumət əleyhinə “İslam Respublikasına ölüm olsun”, “Xameneyiyə ölüm olsun” şüarları səsləndirərək, tez bir zamanda hökumətin məhv olmağına ümid edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir