Dünya

Zaxarova “Vaqner” döyüşçülərinin Ermənistanda olması iddiasına münasibət bildirib – VİDEO

Sharing is caring!


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə News.ru saytının əməkdaşının “Ermənistanda üç min “Vaqner” döyüşçüsünün yerli qüvvələrlə birlikdə Nikol Paşinyan hakimiyyətini devirməyi planlaşdırması barədə yayılan məlumatlar nə qədər həqiqətləri əks etdirir?” sualına münasibət bildirib.

Rusiya rəsmisi yayılan bu məlumatı mif adlandırıb.

“Onların (“Vaqnerçi”ləri nəzərdə tutur – red.) fotoları, videoları varmı? Nəyin əsasında belə bəyanatlar verilir? Niyə görə üç min? Faktlar haradadır? Üç min insandan söhbət gedirsə, o zaman onların olduğu məkan haradır? Mən bunu informasiya tullantısı kimi təsnifləndirirəm. Yeri gəlmişkən, bu məlumatı cəfəngiyyat adlandıran Dövlət Dumasının deputatı Qriqori Karasinin şərhinə diqqət çəkmək istəyirəm. Bütün bunlar növbəti mif sırasındandır”, –  deyə Rusiyanın XİN sözçüsü vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir