Dünya

Çin sığorta şirkətinin keçmiş rəhbərinə rüşvətə görə edam cəzası verilib

Sharing is caring!


Çinin ən böyük sığorta şirkətlərindən biri olan “China Life Insurance”ın direktorlar şurasının keçmiş sədri Vanq Venbin iki il müddətinə möhlətlə edam cəzasına məhkum edilib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, müvafiq qərarı Cinan şəhərinin (şərqi Şandun əyaləti) Aralıq Xalq Məhkəməsi qəbul edib.

Şirkətin partiya komitəsinə də rəhbərlik edən keçmiş məmur rüşvət almaqda, eləcə də xaricdəki əmlakını gizlətməkdə təqsirli bilinib. Məhkəmə qərarında deyilir ki, iki il müddətinə möhlət verildikdən sonra qanuna uyğun olaraq cəza azadlığa buraxılmamaq şərti ilə ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunacaq. Vanq Venbinin bütün şəxsi əmlakı və aktivləri də dövlət nəfinə müsadirə edilməlidir.

Vanq Venbin 1997-2021-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışıb. Bu müddət ərzində o, birbaşa və ya üçüncü şəxslər vasitəsilə ümumilikdə 325 milyon yuan (45,7 milyon dollar) məbləğində rüşvət alıb. Bundan əlavə, o, qanunsuz olaraq xaricdə təxminən 56,42 milyon yuan (7,9 milyon dollar) gizlədib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir