Dünya

AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazanıb – VİDEO

Sharing is caring!


Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, son gündə dörd qrupda ümumilikdə doqquz oyun keçirilib.

Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutub. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimal hesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı beş cavabsız qolla üstələyib.

İsveç isə evdə Avstriyaya yenilib.

Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşib. İkinci yerə iddia edən İtaliya Ukraynanı 2:1 hesabı ilə üstələyib.

A qrupunda İspaniya doğma meyndan Kipr millisini darmadağın edib 6:0.

AVRO-2024-ün seçmə mərhələsi
VI tur
12 sentyabr

A qrupu
İspaniya – Kipr 6:0
Norveç – Gürcüstan 2:1
Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 9 (4), Norveç – 7 (5), Gürcüstan – 4 (5), Kipr – 0 (5)

C qrupu
İtaliya – Ukrayna 2:1
Malta – Şimali Makedoniya 0:2
Xal durumu: İngiltərə – 13 (5), Ukrayna – 7 (5), İtaliya – 7 (4), Şimali Makedoniya – 7 (5), Malta – 0 (5)

F qrupu
Belçika – Estoniya 5:0
İsveç – Avstriya 1:3
Xal durumu: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan – 1 (4) Estoniya – 1 (5)

I qrupu
İsrail – Belarus 1:0
Rumıniya – Kosovo 2:0
İsveçrə – Andorra 3:0
Xal durumu: İsveçrə – 14, İsrail – 11, Rumıniya – 12, Kosovo – 4, Belarus – 4, Andorra – 2.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir