Dünya

3601 metr yüksəklikdə futbol oyunu: Argentina millisi La-Pasa oksigen balonları ilə gedib – FOTO

Sharing is caring!


2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsi çərçivəsində Argentina millisi bu gecə Boliviyanın qonağı olacaq.

“Gümüşülər” paytaxt La-Pasdakı “Estadio Ernando Siles” stadionunda keçiriləcək qarşılaşma üçün oraya fərdi oksigen balonları ilə gediblər. Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, yüksəklik artdıqca atmosfer təzyiqi düşür və oksigenin miqdarı azalır. Bu da futbolçularda nəfəs darlığı, ürəkbulanma və qusma hallarının yaşanmasına səbəb olur. Boliviyalı oyunçular hündürlüyə öyrəşdiklərindən nəinki problem yaşamırlar, hətta bundan üstünlük kimi istifadə edirlər. Bu ölkənin yığmasının ev oyunlarındakı nəticələri olduqca yaxşıdır. Boliviya millisi 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilmiş dünya çempionatlarının təsnifat mərhələlərində 18 ev qələbəsi qazanıb, 11 heç-heçəyə nail olub. Komanda səfərdə heç bir qalibiyyət əldə edə bilməyib.

La-Pasdakı “Estadio Ernando Siles” stadionu dəniz səviyyəsindən 3 601 metr hündürlükdə yerləşir.

Daha əvvəl rəqiblərin etirazları səbəbindən 2 500 metrdən daha artıq yüksəklikdə seçmə mərhələ matçlarının keçirilməsi qadağan edilsə də, sonradan bu, ləğv edilib.

Boliviya – Argentina oyunu gecə 00:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir