Dünya

Türkiyədə mağarada köməksiz vəziyyətdə qalan amerikalı alim xilas edilib – VİDEO

Sharing is caring!


Mağaralarda araşdırma aparan amerikalı alim Mark Dikki doqquz gün sonra Türkiyənin Mersin vilayətində yerləşən mağaradan çıxarılaraq həkimlərin nəzarətinə verilib.

O, sentyabrın 3-də araşdırma aparmaq məqsədi ilə 1 276 metr dərinlikdəki Morka mağarasına enib, lakin mədə qanaxması keçirdiyindən geri qayıda bilməyib.

Amerikalı alimin xilasetmə işlərinə səkkiz ölkədən 196 alpinist cəlb edilib.

Mağaradan çıxarılan alim hərbi helikopterlə Mersin Şəhər Xəstəxanasına göndərilib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir