Dünya

Erməni parlamentari: “Ordumuzda qumarla bağlı ciddi problem var”

Sharing is caring!


“Ermənistan Silahlı Qüvvələrində qumar oyunları ilə bağlı ciddi problemlər var”.

Ermənistan mediasının məlumatına görə, bu barədə Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan parlamentin iclasında qumar oyunlarına qarşı qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.

O, bu sahənin ciddi nəzarətə götürülməli olduğunu vurğulayıb.

“Heç kimə sirr deyil ki, narkotrafik və narkomaniyadan sonra bizim ən böyük problemimiz qumar oyunlarıdır. Bir çox ailə bundan əziyyət çəkir. Qanun layihəsini dəstəkləyirəm, çünki bu, silahlı qüvvələrdə bu sahəyə nəzarət etməyə imkan verəcək. Deməliyəm ki, orduda qumarla bağlı ciddi problem var… Hərbi qulluqçuların xidmət zamanı qumar oyununa cəlb edilməsi açıq-aydın çox böyük mənfi nəticələrə gətirib çıxarır”, – deyə Armen Xaçatryan qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir