Dünya

Malidə hərbi təyyarə qəzaya uğrayıb: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!


Mali Hərbi Hava Qüvvələrinə məxsus “An-26” ölkənin şərqində qəzaya uğrayıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb texniki nasazlıq olub.

Bildirilir ki, hərbi təyyarədə 10 nəfər həlak olub, onlardan altı nəfəri hərbçi, qalanları mülki şəxslərdir. Bundan başqa yaralananlar da var, ancaq onların sayı açıqlanmayıb.

Təyyarə Mali qüvvələrinin bazasının yerləşdiyi Qao şəhərindən 50 km aralıda qəzaya uğrayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir