Dünya

Haaqada yolu bağlayan 500 fəal saxlanıldı

Sharing is caring!


“Extinction Rebellion” təşkilatının ətraf mühit fəalları tərəfindən Haaqada keçirilən növbəti etiraz aksiyası zamanı hökumətdən ənənəvi yanacaq hasilatı və istifadəsi sektorlarına subsidiyaların verilməsini dayandırmağı tələb edən 500-dən çox insan saxlanılıb.

Bu barədə Niderland polisi məlumat yayıb.

“Ardıcıl iki gün ərzində fəallar Haaqanı Amsterdam və Rotterdam da daxil olmaqla digər böyük Niderland şəhərləri ilə birləşdirən A12 şossesini bağladıqdan sonra müdaxilə etməyə məcbur olduq”, – deyə polisin açıqlamasında bildirilir.

Saxlanılanlar arasında 4 azyaşlı da var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir