Dünya

Venesiya film festivalının qalibləri bəlli oldu – FOTO

Sharing is caring!


Venesiyada baş tutmuş kinofestivalın əsas mükafatı olan “Qızıl Şir” yunan rejissoru Yorqos Lantimosun “Poor Things” (“Yazıq bədbəxtlər”) filminə verilib. Mərasim Venesiya Film Festivalının “X” hesabında yayımlanıb. Qaliblərin siyahısı festivalın saytında dərc olunub.

Münsiflər heyətinin Qran-Prisi olan “Gümüş Şir” mükafatı yapon rejissoru Ryusuke Hamaqutinin “There İs No Evil” (“Şeytan mövcud deyil”) filminə verilib.

“Ən yaxşı rejissor” nominasiyasında “Gümüş Şir” mükafatına “Lo capitano” (“Mən kapitanam”) filminə görə italyan rejissoru Mateo Qarrone layiq görülüb.

“Ən yaxşı kişi rolu” mükafatı Mişel Frankonun “Memento” filmindəki roluna görə Piter Sarsqaarda verilib.

Sofiya Koppolanın “Prissilla” filmindəki roluna görə isə Kayli Spaeni “Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb.

“Ən yaxşı aktyor” nominasiyasında Mişel Frankonun “Memory” (“Yaddaş”) filminə görə Piter Sarsqaard, “Ən yaxşı aktrisa” nominasiyasında isə “Priscilla” (“Prissilla”) filmindəki roluna görə Keyli Speni qalib olublar.

“Ən yaxşı ssenari” nominasiyasında mükafat çilili rejissor Pablo Larrainin “El Conde” (“Qraf”) filminin ssenarisinə görə Pablo Larrain və Gilermo Kalderona verilib.

Münsiflər heyətinin xüsusi mükafatına isə polşalı kinorejissor Aqneşka Hollandın “Zielona granica” (“Yaşıl sərhəd”) filmi layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir