Dünya

Moldova XİN Qarabağda keçirilən qondarma prezident seçkisi ilə bağlı bəyanat verdi – FOTO

Sharing is caring!


Moldova Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkisi ilə bağlı bəyanat verib.

Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.

“Moldova Respublikası sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkisinin beynəlxalq hüququn norma və fundamental prinsiplərinə zidd olduğunu hesab edir və seçkini tanımır.

Avropa və Moldova Respublikasının Xarici İşlər və İnteqrasiya Nazirliyi Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiq edir”, – deyə bəyanatda bildirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir