Dünya

Kahramanmaraşda yük maşını cənazə namazı qılan insanlara çırpıldı: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!


Kahramanmaraşın Andırın rayonunda əyləci sıradan çıxan yük maşını cənazə namazı qılan insanlara çırpılıb.

Yük maşını əvvəlcə qarşısındakı maşınlarla toqquşub, daha sonra qəbiristanlığa – namaz qılan insanların üzərinə aşıb. Çox sayda insan maşının altında qalıb.

İlkin məlumatlara görə, dəhşətli qəzada 5 nəfər həyatını itirib, 2-si ağır olmaqla 25 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları cəlb ediliblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir