Dünya

Gürcüstanda güclü yağış səbəbindən üç nəfər itkin düşüb – FOTO/VİDEO

Sharing is caring!


Gürcüstanın Quriya bölgəsində güclü yağış nəticəsində ikisi azyaşlı olmaqla azı üç nəfər itkin düşüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Böyük miqdarda yağan yağıntılar nəticəsində yaşayış binalarını və kənd təsərrüfatı sahələrini su basıb, ağaclar qırılıb, torpaq kütlələri yuyulub, Quriya bölgəsinin bir neçə kəndinin ətrafla əlaqəsi kəsilib. Hazırkı mərhələdə Quriya şəhərində və bölgənin müxtəlif kəndlərində ikisi azyaşlı olmaqla üç nəfərin axtarışı istiqamətində işlər aparılır”, – deyə verilən məlumatda qeyd edilib.

Gürcüstanın qərbində güclü yağış cümə axşamı günü gecədən başlayıb. Quriyada Lançxuta rayonuna ciddi ziyan dəyib. Təbii fəlakət Acarıstanın Kobuleti kurort şəhərindən də yan keçməyib. Oradakı evlərin birinci mərtəbələri və zirzəmiləri su altında qalıb. Xilasedicilər artıq suyu çəkib çıxarırlar.

Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, sürüşmə təhlükəsi ilə əlaqədar Şuxuti-Atsana-Mamati-Dzimiti və Samtredia-Lançxuti-Qriqoleti yolları bağlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir