Dünya

“Bloomberg”: “Ən zəngin amerikalılar bir gündə 93 milyard dollar itiriblər”

Sharing is caring!

Ən zəngin amerikalılar ümumilikdə 93 milyard dollar itiriblər.

Çərşənbə axşamı Əmək Departamenti tərəfindən yeni inflyasiya rəqəmləri açıqlandıqdan sonra amerikalı zənginlərin səhmlərinin dəyəri azalıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Bloomberg” 2012-ci ilin mart ayından etibarən planetin ən varlı adamları haqqında məlumatların yer aldığı “Milyarderlər İndeksini” dərc edir.

Agentliyin məlumatına görə, “Amazon”un qurucusu Ceff Bezosun sərvəti 9,8 milyard dollar, “Tesla”nın qurucusu İlon Maskın sərvəti 8,4 milyard dollar, “Meta” Korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti 5,6 milyard dollar, “Google” korporasiyasının həmtəsisçiləri Larri Peyc və Sergey Brinin sərvəti müvafiq olaraq 5,2 milyard dollar və 4,9 milyard dollar, “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffetin sərvəti 3,4 milyard dollar, “Microsoft” korporasiyasının təsisçilərindən biri Bill Qeytsin sərvəti isə 2,8 milyard dollar azalıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir