Dünya

KİV: “Paris meri Qarabağdakı separatçıların maraqlarını qoruyur”

Sharing is caring!


“2020-ci ildən Fransa paytaxtının meri Ann İdalqo Parisin problemlərini həll etmək əvəzinə, xarici siyasətlə maraqlanmağa başlayıb. Üstəlik, nədənsə onun fəaliyyət istiqaməti Cənubi Qafqaz regionuna yönəlib”.

Bu barədə Litvanın “Alfa” nəşrində dərc olunan məqalədə deyilir.

Bildirilib ki, o, 2023-cü ilin avqustundan Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçıları dəstəkləmək üçün vəsait ayırıb, tez-tez İrəvana səfər edib, həmçinin Ermənistanın dəstəklədiyi separatçı “rəhbərlik”lə müntəzəm görüşlər keçirib.

Məqalədə qeyd edilib ki, A.İdalqo, həmçinin, Fransanın xarici işlər nazirinə məktublar göndərərək suveren Azərbaycan ərazilərini ələ keçirdikdən və qanunsuz olaraq nəzarətində saxladıqdan sonra legitimliyə iddia edən qondarma separatçı qurumu tanımasına çağırır.

“Hətta Qarabağdakı separatçıları dəstəkləyən Ermənistan belə, bu məsələdə radikal addımlar atmır”, – Litva nəşrində dərc olunan məqalədə vurğulanıb.

Yazıda bildirilib ki, A.İdalqonu Parisdən minlərlə kilometr məsafədə yerləşən Qarabağdakı separatçıların aqibəti narahat etdiyi dövrdə Fransa KİV-i və vətəndaş cəmiyyətləri onun Fransa paytaxtındakı fəaliyyəti ilə bağlı tənqidlər səsləndirirlər.

Məsələn, Fransa mediası yazır ki, A.İdalqonun fəaliyyəti çox pisdir:

“Bunu anlamaq üçün sadəcə olaraq, Parisin maliyyə baxımından vəziyyətinə, paytaxtda həyat keyfiyyətinin pisləşməsinə, çirkli, natəmiz küçələrə nəzər yetirmək kifayətdir”.

Yerli “Valeurs actuelles” jurnalı qeyd edib ki, İdalqo Parisi məhvə aparan merdir.

Vəzifə öhdəliyi ilə qətiyyən maraqlanmayan, Paris və parislilərin qayğısına qalmayan merə qarşı ciddi tənqidlərin olduğu oxşar məqalələr Rumıniyanın “Stiripesurse” və Latviyanın “La.lv” nəşrlərində də dərc olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir