Dünya

Yaponiyada tayfun səbəbindən 150 mindən çox insan təxliyə edilir

Sharing is caring!


Tokionun qonşuluğunda yerləşən Tiba prefekturasının 150 mindən çox sakini “Yuanyan” qasırğasının səbəb olduğu güclü leysanla əlaqədar təxliyə olunmaq əmri verilib.

Bunu yerli hakimiyyət orqanlarının fövqəladə vəziyyət xəbərdarlığının məlumatları təsdiq edir.

Sakinlər sürüşmə və çayların daşması təhlükəsi ilə bağlı xəbərdar edilir və xüsusi təxliyyə mərkəzlərinə köçməyə çağırılırlar. Bununla əlaqədar, Tiba prefekturasının bəzi yerlərində beşballıq şkala üzrə dördüncü təhlükə səviyyəsi elan edilib. Pis hava şəraiti Yaponiyanın paytaxt regionunda dəmir yolu nəqliyyatında da fasilələrə səbəb olub. Qasırğa nəticəsində insan tələfatı barədə məlumat daxil olmayıb.

Yapon meteoroloqları xəbərdarlıq edirlər ki, bir gündə ölkənin bu hissəsinə 200 mm yağıntı yağa bilər. Sinoptiklərin verdikləri məlumata görə, hazırda bölgədə yağıntının intensivliyi saatda təxminən 100 mm təşkil edir. Milli Meteorologiya İdarəsi vurğulayır ki, bəzi ərazilərdə qısamüddətli də olsa, həcminə görə rekord qıran yağışlar yağacaq.

Qasırğanın təsiri nəticəsində ən azı 10 800 yaşayış evi elektrik enerjisindən məhrum olub. Xilasedicilər bərpa işlərinə başlayıblar.

Mənbə: ТАSS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir