Dünya

Tbilisiyə dəyən ziyanı bir həftəyə hesabladılar: İki milyon dollar – VİDEO

Sharing is caring!


Avqustun 29-da Tbilisiyə yağan leysan infrastruktura beş milyon lari (iki milyon dollara qədər) məbləğində ziyan vurub. Bu barədə Tbilisinin vitse-meri İrakli Xmaladze şəhər hökumətinin iclasından sonra jurnalistlərə bildirib.

“Fəlakətin vurduğu ziyan təqribən beş milyon lari təşkil edir ki, bələdiyyə bu məbləği vətəndaşlarımıza kömək etmək və onların yanında olmaq üçün şəhərin 10 rayonunun hər birinə bölüşdürəcək. Zədələnmiş hər bir şeyi düzəldəcəyik. Mən fərdi mülkiyyəti, bələdiyyə infrastrukturunu nəzərdə tuturam”, – deyə Xmaladze bildirib.

Gürcüstan paytaxtında yağan leysan nəticəsində küçələri, yeraltı keçidləri su basıb, həmçinin ağaclar aşıb. Təbii fəlakət, həmçinin, elektrik xətlərini də zədələyib, nəticədə şəhərin bir hissəsi enerjisiz qalıb.

Avqustun 29-da axşam saatlarında Tbilisi meriyasının qaynar xəttinə şəhərdə zədələnmiş infrastrukturla bağlı 600-dən çox zəng daxil olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir