Dünya

Ukraynaya səfər edən əfsanəvi aktyordan duyğusal paylaşım: “İki həftə əvvəl ərini itirmiş gənc qadın…” – FOTO

Sharing is caring!


Məşhur britaniyalı aktyor, yazıçı və ssenarist Stiven Fray Kiyevə səfər edib.

Yazıçı bununla bağlı “Instagram” səhifəsində paylaşım edib.

O, abunəçilərlə “Ukrzaliznitsa” qatarından çəkilmiş fotonu, Kiyev mehmanxanasında özünə kömək üçün nəzərdə tutulmuş maska və “Sığınacağa” yazısının şəklini paylaşıb. Həmçinin nahar yeməyinin də fotosunu yayımlayıb.

“Cəmi 12 saat əvvəl Kiyevə gəldiyimə belə inana bilmirəm: bu müddət ərzində yaralı əsgərin cərrahiyyə əməliyyatını izlədim. Hava hücumu siqanalı səslənirdi, amma heç kim diqqət etmirdi, çünki əsgərə qulluq etmək lazım idi. Sonra iki gənclə tanış oldum və onlar yeni protez ayaqlar arasındakı fərqlərlə bağlı bir-biri ilə zarafat edib gülürdülər. Sonra mən cəmi iki həftə əvvəl ərini Rusiya cəbhəsində itirmiş gənc qadınla söhbət etdim. Onların hamısını qeyri-adi yumor hissi, eləcə də qapılardakı barbarlara müqavimət göstərmək və öz müstəqilliklərini, suverenliklərini qorumaq yolunda dərin, sarsılmaz bir qətiyyət birləşdirirdi. Müharibə insanlarda ən pis şeyləri oyatmağa qadirdir, lakin bəzən yaxşı şeylər də ortaya çıxara bilir”, – deyə o paylaşımda bildirib.

Fray qeyd edib ki, Ukrayna Prezident Administrasiyasından psixi sağlamlıq məsələləri üzrə sammitlə bağlı gələn dəvəti qəbul edib.

“Bu mənim üçün böyük şərəfdir və zənnimcə, belə bir sammitin keçirilməsi Ukrayna hökumətinin açıqlığını, eləcə də sağlam düşüncəsini çox gözəl əks etdirir. Bu, heç də təbliğat hiyləsi deyil, bu, nevroloqların, sosioloqların, psixoloqların və psixi travmalarla işləyənlərin səylərinin real şəkildə birləşməsidir”, – deyə Stiven Fray vurğulayıb.

Birinci xanımlar və cənablar sammitinin “Instagram” səhifəsində aktyorun yeni sammitin aparıcısı olmağa razılıq verdiyi bildirilib. “O, Ukraynanın mövcudluğu və müstəqilliyi uğrunda mübarizəsini ardıcıl olaraq dəstəkləyir, bunu onun qonaqlara verdiyi müsahibələr də sübut edir. Bundan əlavə, o, “ShelterBox” təşəbbüsü sayəsində ukraynalılara qışdan sağ çıxmağa kömək edib”, – deyə məlumatda qeyd olunub.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir