Dünya

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başlayıb

Sharing is caring!


Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası rəsmən açılıb. Tədbirlərin kulminasiyası sentyabrın 19-25-də qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün dünyanın müxtəlif ölkələrindən liderləri və xarici işlər nazirlərini bir araya gətirəcək yüksək səviyyəli həftənin keçirilməsi olacaq.

Sessiyanın açılışında onun sədri, Trinidad və Tobaqo Respublikasından olan diplomat Dennis Frensis and içərək, üzərinə düşən vəzifələri ədalətli və müstəqil şəkildə yerinə yetirəcəyinə söz verib.

Yüksək səviyyəli həftəyə qədər Baş Assambleyanın iclasları gündəliyin qəbulu və komitələrin formalaşdırılması kimi texniki məsələlərlə bağlı davam edəcək.

Yüksək səviyyəli həftə ənənəvi olaraq Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın çıxışı ilə açılacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir