Dünya

Qırğızıstanda ilk dəfə milli pasportların çapına başlanılıb – VİDEO

Sharing is caring!


Qırğızıstan tarixdə ilk dəfə öz milli sənədlərini çap etməyə başlayıb.

Bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev öz “Facebook” səhifəsində yazıb.

O xatırladıb ki, ilin əvvəlində prezident Sadır Japarov Qırğızıstanda milli pasportların çapına tezliklə başlanılacağını bəyan edib. Bununla bağlı “Uçkun” qonaqpərvərlik mətbəəsi üçün ən müasir avadanlıq alınıb və hazırda çap prosesinə başlanıb.

“İndiyədək Qırğızıstan vətəndaşlarının pasportları xaricdə çap olunurdu. Heç kimə sirr deyil ki, bu, ayrı-ayrı vicdansız məmurların, hətta kriminal aləmin liderlərinin varlanması üçün böyük sahə olub”, – E.Sultanbayev bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, respublika hər il orta hesabla xaricdə bir milyon yarıma qədər şəxsiyyət vəsiqəsi və vətəndaş pasportu sifariş edir. İndi istehsal ən qabaqcıl ölkələrdə tətbiq edilən ən son texnologiyalar əsasında həyata keçiriləcək.

“Pasport mafiyası ilə mübarizə aparmaq bir ildən çox çəkdi. Bu mübarizəyə dövlət başçısının özü rəhbərlik etməsəydi, heç nə alınmazdı”, – deyə o yekunlaşdırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir