Dünya

La Liqa klubu baş məşqçisini qovdu

Sharing is caring!


İspaniyanın “Vilyarreal” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

Baş məşqçi səlahiyyətlərini direktor Migel Anxel Tena yerinə yetirəcək.

Qeyd edək ki, Kike Setyen ötən ilin oktyabrından “Vilyarreal”ı çalışdırırdı. Komanda bu mövsüm La Liqada dörd turdan sonra üç xalla 15-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir