Dünya

Hindistanda görünməmiş hadisə: İki saat ərzində 61 min ildırım çaxdı – VİDEO

Sharing is caring!


Hindistanın şərqindəki Odişa əyalətində iki saat ərzində 61 mindən çox ildırım çaxıb.

Nəticədə çox sayda insan həyatını itirib.

Odişa ştatının fəlakət nəticələrinin aradan qaldırılması üzrə idarəsinin məlumatına görə, ən azı 36 min 597 “bulud- bulud” tipli ildırım çaxması qeydə alınıb, buluddan yerə zərbələrin sayı isə 25 min 753 olub.

İldırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb. Ştat hökuməti qurbanların ailələrinin hər biri üçün 400 min rupi (4,8 min dollar) təzminat ödəyəcəyini açıqlayıb.

İldırımlar Benqal körfəzi üzərində aktiv siklon səbəbindən yaranıb. Hindistanın şərqində musson mövsümündə ildırım çaxmaları olduqca geniş yayılmış olsa da, bir gündə bu qədər çox sayda ildırım vurması görünməmiş hadisə olub.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir