Dünya

Kral III Çarlz şahzadə Harrinin qız doğulmamasına görə məyus olub – FOTO

Sharing is caring!


Böyük Britaniya kralı III Çarlz şahzadə Harrinin qız uşağı olaraq doğulmadığı üçün məyus olub. Bu barədə “ABC News” telekanalı şahzadə Diananın dostları ilə söhbətlərinin əvvəllər məlum olmayan lent yazısına istinadən xəbər verir.

1984-cü ildə Harrinin vəftiz (xaç suyuna salma) mərasimində Şahzadə Çarlz Diananın anası Frensis Şend Kiddə yaxınlaşaraq məyus olduğunu söyləyib. Cavabında Kidd ona: “Uşağın sağlam olduğu üçün xoşbəxt olmalısan” deyib. Bundan sonra Çarlz Diananın anası ilə bir daha danışmayıb.

Qeyd olunur ki, səs yazıları “Diana: onun hekayəsinin qalan hissəsi” sənədli filmində istifadə olunacaq. Film artıq yayıma hazırlanır.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir