Dünya

Dövlət çevrilişinin olduğu Qabonda ölkə sərhədləri açıldı

Sharing is caring!


Qabonda hərbçilər avqustun 30-da dövlət çevrilişindən sonra bağladıqları sərhədləri açdıqlarını elan ediblər.

Bu barədə ölkədə hakimiyyəti tam ələ keçirmiş Keçid və İnstitusional Bərpa Komitəsinin rəsmi nümayəndəsi polkovnik Ulrix Manfumbi Manfumbi milli televiziyada çıxışında bildirib.

“Quru, dəniz və hava sərhədlərinin açılması barədə qərar dərhal qüvvəyə minir. Bu addım bizim qanunun aliliyinə hörmət, qonşularımız və dünyanın bütün dövlətləri ilə yaxşı münasibətləri saxlamaq istəyimizi əks etdirir, həmçinin, bu dövlətin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə qəbul edilib. O, həm də ölkənin beynəlxalq öhdəliklərinə əməl etmək üçün güclü istəyini nümayiş etdirir”, – deyə o bəyan edib.

Nəticədə ixrac yükləri ilə hazırda Qabon limanlarında olan 10-dan çox gəmi yenidən dənizə çıxa bilər.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksəkrütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər, qiyamçılar arasında Respublika Qvardiyasının, Təhlükəsizlik Xidmətinin, ordunun və polisin nümayəndələri də var. Qiyamçılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi seçkinin nəticələrini də ləğv ediblər. Onlar, həmçinin, prezidentin və ailəsinin ev dustağı olduğunu bildiriblər. Hərbçilər keçid dövrü üçün ölkə başçısını Respublika Qvardiyasının komandanı, general Bris Oliqi Ngemanı təyin ediblər.

Mənbə: Agence France-Presse

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir