Dünya

“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisini transfer edib

Sharing is caring!


İngiltərənin “Liverpul” klubu Almaniyanın “Bavariya”sından yarımmüdafiəçi Rayan Qravenberxi transfer edib.

Bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

Niderlandlı futbolçu məşq mərkəzində tibbi müayinədən keçib və uzun müddətli müqavilə bağlayıb. O, “Liverpul”da 38 nömrəli formanı geyinəcək.

İnsayder Fabritsio Romanonun sözlərinə görə, 21 yaşlı futbolçu “qırmızılar”a 40 milyon avroya başa gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir