Dünya

Ukrayna Rusiyadan deportasiya olunmuş bir qrup uşağı geri qaytarıb

Sharing is caring!


Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın bir qrup uşağı Rusiya əsirliyindən geri qaytardığını bildirib.

Onun sözlərinə görə, son bir həftə ərzində 11 uşaq Rusiyadan təxliyə edilib.

“Biz qaçırılan uşaqların tapılıb evə gətirilməsi üzərində işləyirik”, – deyə, o, məlumat yayıb.

O qeyd edib ki, Ukrayna Rusiya tərəfindən oğurlanmış və geri qayıtmağa müvəffəq olmuş uşaqların reinteqrasiyası və adaptasiyası üçün mexanizmlər hazırlayıb.

Mənbə: Rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir