Dünya

ABŞ Avropaya “F-35” nüvə bombası daşıyıcılarını yerləşdirir: Yeni soyuq müharibə başlayır?

Sharing is caring!


ABŞ-nin nüvə silahı daşıya bilən yeni qırıcıları bu ilin əvvəlində Böyük Britaniyada yerləşdiriləcək.

Bu barədə “The Telegraph” nəşrində məqalə dərc olunub.

Məqalədə bildirildiyinə görə, “F-35”lərin iki eskadrilyası tezliklə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Britaniyanın Saffolk şəhərində icarəyə götürülən Leykenxit bazasına gələcək.

“The Telegraph”ın fikrincə, bu, soyuq müharibənin başlaya biləcəyinə işarədir.

Reaktiv təyyarələr taktiki nüvə bombardmanı həyata keçirmək üçün nəzərdə tutulub və “hava-hava” missiyalarını reallaşdırmaq, eyni zamanda kəşfiyyat məlumatları toplamaq qabiliyyətinə malikdir. Ötən gün, həmçinin rəsmi sənədlərdə ABŞ-nin nüvə silahlarının Britaniya torpaqlarına qayıda biləcəyi barədə məlumat verilib.

Sənədlərə əsasən, ABŞ Konqresi ABŞ aviabazasında “zəmanətçilər üçün yataqxana” tikilməsi məqsədilə Hərbi Hava Qüvvələrindən 50 milyon dollar (39,6 milyon funt sterlinq) məbləğində büdcə tələbi alıb. “Zəmanət” termini ABŞ hərbi dilində nüvə silahlarını ifadə etmək üçün istifadə olunur.

Analitiklər hesab edirlər ki, hazırda bazada işləyən personalın 6000 nümayəndəsini dəstəkləmək məqsədilə nüvə silahı yerləşdirilsə, yataqxanada daha çox hərbi personal yerləşdirilə bilər.

Müdafiə Nazirliyindəki mənbənin “The Telegraph”a bildirdiyinə görə, “F-35”lər bu ilin sonunda və ya 2024-cü ildə burada yerləşəcəklər.

Hərbi mənbələr bazadakı “F-15”lərin yerinə 54 ədəd “F-35”in gətirilməsini əhəmiyyətli addım kimi qiymətləndiriblər.

Mütəxəssislər ABŞ-nin nüvə silahının Böyük Britaniyaya qaytarılması potensialını Qərbin yeni soyuq müharibəyə girdiyinin sübutu kimi səciyyələndiriblər.

Britaniya və NATO-nun Birləşmiş Kimyəvi, bioloji, radioloji və nüvə Alayının keçmiş komandiri Hemiş de Bretton-Qordon bunun soyuq müharibə olduğunu deyib.

“Bu, tamamilə soyuq müharibədir və strateji qarşıdurmadır. Bu, poker oyunudur. Əgər ABŞ Böyük Britaniyada nüvə silahı yerləşdirirsə, bu, Rusiyaya hər şeyin ciddi olduğuna dair verilən işarədir”, – deyə o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir