Dünya

“İdalia” qasırğası Florida ştatına çatıb – VİDEO

Sharing is caring!


Atlantik okeanında yaranan “İdalia” qasırğası ABŞ-nin Florida sahillərinə çatıb.

Bu barədə Milli Qasırğalara Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə,  3-cü kateqoriyalı həddindən artıq şiddətli “İdalia” qasırğası Floridanın Biq Bend sahillərini vurub.

Küləyin maksimal sürətinin 201 km/saat olduğu qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Florida ştatının qubernatoru Ron Desantis qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir