Dünya

“Bavariya”nın müdafiəçisi “İnter”ə keçdi – FOTO

Sharing is caring!


“Bavariya”nın və Fransa yığmasının müdafiəçisi Benjamin Pavar rəsmən “İnter”in oyunçusu oldu.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, futbolçunun transferinin dəyəri 30 milyon avrodur, bundan əlavə 2 milyon avro bonus olaraq veriləcək.

Tərəflər beş illik müqavilə bağlayıblar.

Qeyd edək ki, Pavar 2019-cu ilin yayından bəri “Bavariya”da oynayıb. O, heyətdə ümumilikdə 163 matçda meydana çıxıb, 12 qol vurub və bir o qədər də məhsuldar ötürmə edib. Benjamin “Bavariya” ilə 2019/2020 mövsümündə Çempionlar Liqasının qalibi, 2020-ci ildə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub və dörd dəfə Almaniya çempionu olub.

Fransa komandası ilə Pavar 2018-ci il dünya çempionu olub, həmçinin 2020/2021 Millətlər Liqasının qalibi olub.

Mənbə: Çempionat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir